4 Sentyabr 2020 11:22
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsilə məhkum olunmuş, 1963-cü il təvəllüdlü Famil Mehdiyev saxlanılıb.

Üzərinə baxış keçirilərkən ondan 1,040 qram heroin və 0,525 qram narkotik maddə olan metanfetamin aşkar edilib.

Bundan başqa, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşları isə keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakinləri Eyvaz Aslanovdan 0,046 qram, Mirsəftər Aslanovdan isə 0,027 qram narkotik maddə olan heroin aşkar edərək götürüb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov