Gəncə şəhərində çayxanada lotereya oyunları təşkil edildiyi müəyyən edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ş.İ.Xətai prospektində yerləşən çayxanada, oranın icarədarı – şəhər sakini Yasin Məmmədovun lotereya oyunları təşkil etməsi müəyyən edilib.
Oraya baxış zamanı üzərində “Golden Kend” sözləri yazılmış oyun çekləri, 74 manat pul, qəbzləri çap edən “Lpos” markalı aparat, “LG” markalı televizor və “Toshiba” markalı noutbuk aşkar edilərək götürülüb.
Hacı Zeynalov