Daxili İşlər Nazirliyi Biləsuvar rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə oktyabrın 13-də saat 06 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində baş verib. İran İslam Respublikası vətəndaşı Vajir Fariborzun idarə etdiyi “Scania” markalı avtobusu aşırıb.
Onun sərnişinlərindən - Neftçala rayon sakinləri Elşad Məhərrəmov, Afət Məhərrəmov və Təbib Məmmədov hadisə yerində ölüb, digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, oktyabrın 13-də Azərbaycandan İrana zəvvarlar aparan sərnişin avtobusu qəzaya uğrayıb.
Hacı Zeynalov