Bakının Nizami rayonunda şadlıq evlərindən birindən oğurluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, oktyabrın 10-da Məhsəti küçəsində yerləşən şadlıq evində masanın üzərindən Mingəçevir şəhər sakini Nazilə Ələsgərovanın içərisində 270 manat, 2 ədəd ətir, mobil telefon 2 ədəd MP3 diski olan əl çantası oğurlanıb.
Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Vüsalə Rəhimova saxlanılıb.
Hacı Zeynalov