Abşeron rayonunda iki nəfər dərmandan zəhərlənib.
Bu barədə Teleqraf.com-a Abşeron rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisələrdən biri Ceyranbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini azyaşlı Amin Abışlı dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Daha bir hadisə rayonunun Masazır qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Təranə Həsənova da dərmandan zəhərlənib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.
Hacı Zeynalov