10 Oktyabr 14:15
1 788

Bakının Xəzər rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.İsmayılov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib.

1-ci polis şöbəsinin əməkdaşları tərəfindən S.İsmayılovun ətrafında aparılmış tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Qala qəsəbə sakini, əvəllər məhkum olunmuş N.Rzayev də müəyyən edilərək saxlanılıb.

Onun evinə baxış zamanı oradan 2 kiloqram 266 qrama yaxın heroin, 20 qramdan cox marixuana və metamfetamin götürülüb.

Davam etdirilən tədbirlərlə N.Rzayevə narkotik vasitəni satmaqda şübhəli bilinən Buzovna qəsəbə sakini, əvəllər məhkum olunmuş E.Əfqani də saxlanılıb, ondan da heroin aşkar edilib.


Müəllif: Hacı Zeynalov