Samuxda bıçaqlanma nəticəsində bir nəfər ölüb.
Teleqraf.com-un Kəpəz TV-yə istinadən məlumatına görə, Samuxda bıçaqlanan şəxs Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasında dünyasını dəyişib. Belə ki, oktyabrın 15-də Samux şəhərində şəhər sakini Sirac Abbaszadə münaqişə zəminində qohumu Zabit Xəlilova bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb əməliyyat olunsa da həkimlər onun həyatını xilas edə bilməyiblər.
Samux Rayon Polis şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sirac Abbaszadə tutlaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi qaldırlıb, araşdırma aparılır.