Gəncə şəhərində arvadını öldürməyə cəhd etməkdə ittiham olunan İlham Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Xəqani Səmədovun icraatına verilib.
Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə başlanacaq.
İttihama görə, İlham Həsənov Gəncə şəhərdə yerləşən Xalça Kombinatının yataqxanasında həyat yoldaşı, 1964-cü il təvəllüdlü Zərəfşan İbrahimovaya 3 bıçaq xəsarəti yetirib.
O, xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunduğundan həyatını xilas etmək mümkün olub.
Qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlandığı qeyd olunub.
İstintaq orqanı tərəfindən İlham Həsənovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd etmə) maddəsi ilə ittiham elan edilib.