22 Oktyabr 2014 08:19
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə rüb sonunda aşağı qiymət alan qızının başına odun vuraraq ölümünə səbəb olan ana 5 il sonra işlədiyi cinayəti etiraf edib. Teleqraf.com-un Türkİyə mediasına istinadən məlumatına görə, faciəli qətl hadisəsi Giresun vilayətinin Görele rayonunda baş verib.

İyunun 18-də axtarışda iştirak edən mülki müdafiə dəstələri ərazidəki fındıq bağlarından birində qızın heyvanlar tərəfindən parçalanmış cəsədini tapıb. Yanında ov tüfəngi və qiymət kitabçası olan qızın intihar etdiyi güman olunsa da, məhkəmə tibbi ekspertizası bu istiqamətdə heç bir dəlil aşkarlaya bilməyib.

Məlumata görə, litsey şagirdi olan 17 yaşlı Nazilə Tütünçü 2009-cu il iyunun 12-də məktəbdən qiymət kitabçasını aldığı gün yoxa çıxıb. Atası Veysəl Tütünçünün qızının itkin düşməsi barədə müraciətindən sonra polis qızın axtarışlarına başlayıb.

Polis təzadlı ifadələrindən şübhələndiyi ana Yetər Tütünçünü bir neçə dəfə sorğu-sual edib və qatil ana son ifadədə cinayət işlədiyini etiraf edib. Qızının 5 dərsdən aşağı qiymət aldığını deyən ana onun başına odun vurduğunu, fındıq bağına qədər sürüdüyünü və hadisəni intihar kimi göstərmək üçün yanına tüfəng qoyduğunu etiraf edib.


Müəllif:

Oxşar xəbərlər