Bakının Sabunçu rayonunda qətl hadisəsi törədilib.
Bu barədə Teleqraf.com-a Sabunçu rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini,1992-ci il təvəllüdlü Royal Nəcəfov bıçaqlanaraq öldürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, Royal Nəcəfov 1996-cı il təvəllüdlü Asim Bünyatov və 1994-cü il təvəllüdlü Yaralı Dadaşov tərəfindən qətlə yetirilib. Hər iki şəxs həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov