Türkiyədə - Balıkesirin Dursunbey mahalında məktəbliləri daşıyan avtobusun qəzaya uğraması son saniyəsinədək kameranın yaddaşına həkk olunub.
Teleqraf.com-un sabah.com-a istinadən məlumatına görə, Balıkesirin Dursunbey mahalında keçən həftə məktəbliləri daşıyan xidməti mikroavtobus aşıb, qəza nəticəsində 13-ü şagird, biri sürücü olmaqla cəmi 14 adam yaralanıb.
Dursunbey Baş məmurluğu və Mahal Milli Təhsil Müdirliyinin qərarı ilə məktəbli xidməti maşınlarına yerləşdirilən daxili kameralar bu qəzanı anbaan göstərib.
Görüntülərdə qəza öncəsi məktəbdən şagirdləri götürən Rəfiq Yaran adlı sürücünün və ön kresloda oturan iki şagirdin təhlükəsizlik kəmərlərini taxmadığı, arxa kreslolarda oturan digər şagirdlərin isə kəmərlərinin taxılmış olduğu təyin olunub. Qəzadan əvvəl yolda bir təcili yardım maşını ilə qarşılaşan şagirdlər diqqətlə bu təcili yardıma baxaraq, yola davam ediblər.
Qəfil başlayan yağmur səbəbi ilə sürüşkənləşən yolda bir anlıq aynaya baxarkən diqqətinin dağıldığı nəzərə çarpan sürücü idarəetməni itirincə vahiməyə düşərək maşının sükanını buraxır. Qəza sonrası yaşanan çaxnaşma və qışqırıqlar da kamera tərəfindən saniyə-saniyə qeydə alınıb.
Nail Cəlil