27 Oktyabr 2014 14:50
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kremlin Avard”, “Beluga” və “Stolicnaya vodka” araqları aşkar edilərək götürülüb

Dövlət Gömrük Komitəsi (DGK) qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən külli miqdarda spirtli içki aşkarlayıb.

Bu barədə Teleqraf.com-a DGK-nın mətbuat xidmətindən məlumat verilib. Belə ki, bu günlərdə DGK Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu külli miqdarda spirtli içkilərin gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətandaşı Cabbarov Asif Həpiş oğlunun idarə etdiyi “Mercedes Benz C 200” markalı, “90-LJ-745” dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşmiş Quliyev Xeybər Misir oğluna məxsus karton qutularda Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda “Kremlin Avard”, “Beluga” və “Stolicnaya vodka” araqları aşkar edilərək götürülüb. Faktla bağlı təhqiqat aparılır.


Müəllif:

Oxşar xəbərlər