18 Mart 2021 11:15
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsi rəisi olmuş Ruslan Dilanov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Ruslan Dilanovun cinayət işi sübuta yetirilməyib və ona bəraət verilib.

İstintaq orqanı tərəfindən Ruslan Dilanovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, inalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib

Cinayət işi üzrə zərərçəkən şəxs qismində “Lifttəmir” İstehsalat Birliyi tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər