Bakının koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan Üzeyir Cavadovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Azər Tağıyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İstintaq orqanı tərəfindən Üzeyir Cavadovun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.