Rusiyanın paytaxtı Moskvanın şimalında polis kütləvi davanın 15 iştirakçısını saxlayıb. Teleqraf.com-un “RSN”-ə istinadən verdiyi xəbərə görə, Timiryazev rayonunun sakinləri və mühafizə şirkətinin əməkdaşları arasında qarşıdurmaya səbəb avtomobil dayanacağı olub.
Belə ki, yerli hakimiyyət orqanı məhkəmənin hökmü olmadan avtomobil dayanacağını uçurmaq barədə qərar verib, lakin yerli sakinlər buna mane olmağa çalışıblar.
Münaqişə zamanı bir polis əməkdaşı və mövzu ilə bağlı reportaj hazırlayan “REN TV” telekanalının çəkiliş qrupu xəsarət alıb.
Hazırda hadisə ilə bağlı cinayət işinin açılması məsələsi nəzərdən keçirilir.