4 May 2021 16:17
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda terror hazırlamaqda ittiham olunan Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan iclasda hökm oxunub.

Ələddin İbişov 2 il 6 ay, Şəhriyar Cabbarov 2 il 6 ay, Əflatun Bayramov 7 il, Elgün İsmayılov 2 il 6 ay, Tehran Qasımov 5 il, Orxan Qurbanov 2 il 6 ay, Amin Həsənov 7 il, Cavid Əmənov 2 il 6 ay, Yusif İmanov 2 il 6 ay, Samir Qurbanov 8 il, Babək Məmmədli 7 il müddətinə azadlıqdan məhrum olunublar.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

İttihama görə, təqsirləndirilən şəxslər İŞİD terror qruplaşmasına maliyyə dəstəyi göstərməkdə təqsirli biliniblər.

Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabacadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 214-1 (terroru maliyyələşdirmə), 214.2.6-cı (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) və 218.2-ci (cinayətkar birlikdə, mütəşəkkil dəstələrin birliyində iştirak) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər