1 Noyabr 2014 05:16
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Yasamal rayonunda avtobusla minik maşını toqquşub.

Teleqraf.com-un məlumatına görə, 27 yaşlı Nurəli Məmmədovun idarə etdiyi “Daewoo” markalı avtobus Məhəmməd Xiyabani küçəsi ilə Bakı Dairəvi Yolu istiqamətində hərəkətdə olan zaman əks tərəfdən gələn, 21 yaşlı Vəli Şıxəlizadənin idarə etdiyi "Hyundai" markalı minik maşını ilə toqquşub.

Qeyd edək ki, 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobus bazaya yollanırmış. Faktla bağlı araşdırmalar aparılır. Hadisənin hansı səbəbdən baş verməsi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.


Müəllif: