Ağdaş rayonunda koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan Mehman Abdurahmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, onun barəsində olan cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Famil Nəsibovun icraatına verib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İstintaq orqanı tərəfindən Mehman Abdurahmanovun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham elan edilib.