Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Fətullayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Nərimanov rayonu ərazisində tutulan həmin şəxsin üzərində axtarış aparılarkən 570 qram heroin və 155 qram metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.