6 Noyabr 2014 11:52
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan Nizami Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nizami Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nəsimi rayon Polis İdarəsi 22-ci polis völməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nizami Həsənov tutulub. Ondan 570 qram tiryək götürülüb. Onun kirayənişin yaşadığı Xətai prospektindəki mənzilindən isə 3 kiloqram 200 qram qurudulmuş marixuana götürülüb.

Nizami Həsənov əvvəllər məhkumluq həyatı yaşayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər