6 Noyabr 2014 17:42
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda quldurluq edən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Göygöl rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda təqsirli bilinən rayon sakinləri Qurban Qurbanov, Samir Qurbanov və əvvəllər məhkum olunmuş Mədət Ələsgərov tutulublar.

Onlar noyabrın 4-də Həbib Kərimovun və Məhəmməd Qarayev qarşı quldurluq ediblər. Saxlanılan şəxslər Həbib Kərimovu döyərək 500 manatını, Məhəmməd qarayevin isə mobil telefonunu alıblar.
Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: