7 Noyabr 2014 16:52
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda evlərdən birinə silahlı baqın olub. Şəmkir rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə bu gün saat 01.00-da baş verib.

məcburi köçkünlərin məskunlaşdığı yeni yaşayış massivində evlərdən birinə 4 nəfər maskalı şəxs evinə basqın edib. Naməlum şəxslər ev sahibi 58 yaşlı Hüseyn Səfərova, onun həyat yoldaşı, 62 yaşlı Ağgül Səfərovaya, oğlu, 32 yaşlı Ruslan Səfərova və gəlini, 23 yaşlı Röyalə Səfərovaya soyuq silahla bədən xəsarətləri yetiriblər.

Daha sonra quldurlar evdən 6600 manat, 1 milyon rus rublu və xeyli qızıl-zinət əşyaları aparıblar. İnsident zamanı evə qonaq gələn Gədəbəy rayon sakini, 61 yaşlı Qətibə adlı qadın da hücuma məruz qalıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər