Qorxu filmlərini xatırladan hadisə Amerikanın Pensilvaniya ştatında baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Culia Tait və Qari Li Fellenbaum bir ay əvvəl tanışı olub, birlikdə yaşamağa başlayıblar. Cütlük Taitinin oğlu Skot Makmillanı öldürmə iddiası ilə günahlandırılır.
Cinayətkar ananın 6 yaşlı böyük oğlunun verdiyi ifadəyə görə, Skot sözə qulaq asmıyıb. Səhər yeməyi yemədiyi zaman isə anasının Skotun sifətinə, qarnına yumruq atdığını və onu divara vurduğunu deyib.
Kiçik uşağın öldüyü gecə isə Skotu əvvəl tavana asıblar, sonra qamçılayıb tavayla vurublar. Can verən uşağa məhəl qoymayıb pitsa almağa gedən cani cütlük qayıdandan sonra sekslə məşğul olub və yatıblar.
Səhər kiçik uşağın nəfəs almadığını görən ana hadisə yerinə polis çağırıb. Xəstəxanaya qaldırılan uşağın vəziyyətini görən tibb bacısı və həkimlər də göz yaşlarını saxlaya bilməyiblər.
Tail və Fellenbaun həbs olunub. Vəkil isə onlara edam cəzasının verilməsini tələb edir.
Samir