2 Sentyabr 2021 09:52
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda keçmiş arvadını qətlə yetirməkdə ittiham olunan 1980-ci il təvəllüdlü Cavid Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Müşfiq Məmmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Cəlilabad rayonunun Təzəkənd kənd sakini, 1975-ci il təvəllüdlü Rəna Xanəliyeva ilə onun keçmiş həyat yoldaşı Cavid Bayramov arasında mübahisə yaranıb.

Barışmaqlarını istəyən Cavid Bayramov mübahisə nəticəsində Rəna Xanəliyəvanı öz evində 10-dan çox bıçaq zərbəsi ilə qətlə yetirib.

Təxminən 10 il əvvəl boşanmış cütlüyün 2 övladı var.

İstintaq orqanı tərəfindən Cavid Bayramovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 157-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər