İstanbulun Şişli bölgəsində lüks bir "Jeep"də olanlardan bəxşiş istəyən iki nəfər, istəkləri yerinə yetməyincə daşla avtomobilin şüşəsini qırmağa çalışıb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Şişlidə gediş-gəlişin sız olduğu vaxt "Jeep"ə yaxınlaşan iki şəxs sürücü və yanındakı adamdan bəxşiş adı ilə pul istəyib. Ancaq avtomobildəkilər bu istəyi yerinə yetirməyib.
Sürücüyə əlindəki daşı göstərib avtomobilin şüşəsini qırmaqla təhdid edən həmin şəxslərdən biri pul verilməsini gözləyib. Pul ala bilməyəcəyini anldıqda isə əlindəki daşla dəfələrlə avtomobilin ön şüşəsinə vurub.
Bu zaman qabadakı avtomobillərin irəliləməsini görən "Jeep" sürücüsü sürətlə hadisə yerindən uzaqlaşıb. Şişli Evləndirmə Dairəsi yaxınlığında baş verən bu hadisə zamanı pul tələb edənlər avtomobildə bəy və gəlin olub-olmadığına fikir vermədən bəxşiş tələbi irəli sürblər. Yaşananlar hadisənin soyğun cəhdi olduğunu göstərir.
Nihad