30 Sentyabr 2021 23:34
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, sabiq icra başçısı Şəki Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

Məhkəmə bir müddət öncə ev dustaqlığına buraxılan Qoca Səmədovun bu iltizamını ləğv edib. Onun barəsində 7 il 3 ay müddətinə həbs qərarı verilib.

Qoca Səmədov yenidən həbsxanaya qaytarılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

Qoca Səmədova vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə əməlləri üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər