13 Noyabr 2014 16:34
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Abşeron rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Pirəkəşkül qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Zaur Misirovun idarə etdiyi “VAZ-21099” və Yevlax rayon sakini Vüsal Zeynalovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub.

Nəticədə Zaur Misirov hadisə yerində ölüb, Vüsal Zeynalov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: