24 Oktyabr 2021 19:54
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda dörd nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, hadisəni törətməkdə Qoşqar Orucov şübhəli bilinir.

Hadisə ötən Amankənd kəndində baş verib. Kəndin çay evində kənd sakinləri - İsa Abbasov, Tural Yəhyalı, Sənan Yəhyayev və Ərəstun Şahmarovla Qoşqar Orucov arasında mübahisə yaranıb.

İ.Abbasov, T.Yəhyalı, S.Yəhyayev və Ə.Şahmarovun sözlərinə görə, onlar evə gedən zaman yolda Q.Orucov həmin şəxslərə hücum edərək bıçaq xəsarəti yetirib.

Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com