Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Xalıq Rəsulovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Xalıq Rəsulov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xalıq Rəsulov C Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham olunub. O, ötən il Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Bir neçə il əvvəl mübahisə zəminində tanışını bıçaqlayan Xalıq Rəsulov axtarışda olub.
Hacı Zeynalov