Şabran Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsləri saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Seyidquliyev və İlqar Məmmədov rayon ərazisində, üzərlərində qanunsuz daşıdıqları silahla ov edərkən yaxalanıblar.
Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.