26 Dekabr 2021 12:10
2 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda 1972-ci il təvəllüdlü Oruc ailə münaqişəsi zəminində həyat yoldaşı Məlahətə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldəm etdiyi məlumata görə, hadisə bu ilin iyulun 8-də baş verib. Həmin gün saat 19 radələrində Oruc yaşadığı Ələt qəsəbəsindəki evdə arvadı Məlahət ilə şəxsi münasibətlərin pozulması zəmnində mübahisə edib.

Yaranmış mübahisə zamanı Oruc arvadının baş nahiyyəsindən bir dəfə yumruqla vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Orucun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Oruc ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyulun 8-də, 19 radələrində evə içkili halda gəlib və Məlahətdən işdən evə niyə gec saatlarında gəlməsinin səbəbini soruşub: “Məlahətə işdən gec çıxdığı üçün gec saatlarında evə gəLərək çatdığını bildirdim. Daha sonra ondan maaş alıb-almadığını soruşdum. Məlahət bildirdi ki, maaş kartına pul köçürülüb, amma kartdan maaşını çıxartmayıb. Ondan maaşını çıxartması üçün maaş kartını mənə verməyini tələb etdim. Bu zaman Məlahət bildirdi ki, maaş kartı qadın iş yoldaşının yoldaşına kartından maaşını çıxarması səbəbi ilə verib. Onun bu sözlərinə əsəbiləşdim. Məlahət mənə şərikli kartı olmadığını izah etdi. Onun mənə cavab qaytarması pis təsir etdiyinə görə əsəbiləşdim, oturduğum stoldan ayağa qalxaraq evin içində üzərinə hücum çəkdim. Onunla mübahisə etməyə başladım. Təxminən mübahisə 10-15 dəqiqə davam etdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, mübahisə zamanı evin içərisində onlardan başqa heç kəs olmayıb: “Mübahisə zamanı uşaqlar həyətdə oyun oynayırdı, uşaqlar bizim mübahisəmizin şahidi olmayıb. Mübahisə zamanı Məlahətin baş nahiyyəsindən bir dəfə yumruqla vurdum. Sonra sol və sağ göz nahiyələrinin hər birindən bir dəfə yumruqla vurdum”.

Oruc ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını deyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məlahətin sözlərinə görə, iyulun 8-də, təxminən saat 18 radələrində Ələt qəsəbəsində yerləşən “Coşqun” marketdə işlərini yekunlaşdırıb və sonra piyada evlərinə gəlib: “Həmin vaxt uşaqlarım həyətdə özləri üçün oyun oynayırdı. Evin içərinə daxil olduqda Orucun evdə olduğunu gördüm. Ərim məni sorğu-sual etdi, işdən bu vaxtı, yəni, gec saatlarında evə gəlməyimin səbəbini soruşdu.Ərimə evə gec saatlarında gəlməyimin səbəbini açıqladım. Ona marketdə təmizlik işlərini yekunlaşdırdıqdan sonra oradan çıxandan sonra piyada evə yollandığımı bildirdim. Evə çatanda artıq təxminən saat 19 radələri olardş. Evdə olan zaman ərim məndən maaş kartıma pulun köçüb-köçməməyi ilə maraqlandı. Ona bildirdim ki, maaş kartına pul köçüb, amma kartdan maaşı çıxartmaq üçün vaxtım olmayıb. Həm də ki, vaxtım olmadığından maaş kartından maaşımın çıxarılması məqsədilə pul kartını qadın iş yoldaşımın həyat yoldaşına verdiyimi bildirdim. Ərim məndən hansı səbəblərə görə maaş kartını başqa şəxsə pul çıxarması üçün verməyim ilə maraqlandı. Bildirdim ki, kartdan pulu çıxardan kimi xərcləyirsən, sona uşaqlar ac qalırlar. Elə bu zaman ərim şəxs üzərimə hücum çəkdi, mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı ərim mənim başımdan və gözlərimin altından yumruqla vurdu”.

Daha sonra zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayəti yoxdur.

Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə baxılıb.

Oruca 9 ay müddətə azadlığın məhdudlaşıdırılması cəzası təyin edilib.

Orucun üzərinə yaşadığı ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Onun cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər