12 Yanvar 2022 16:28
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan Mehdi Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Mehdi Abdullayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il martın 14-də saat 20 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1981-ci il təvəllüdlü Taleh Mirzəyevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin qayınatası 1964-cü il təvəllüdlü Mehdi Abdullayevin şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı Taleh Mirzəyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, Mehdi Abdullayev kürəkənini qızı ilə dalaşdığı üçün öldürüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər