Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçmiş Türkiyə və Əfqanistan vətəndaşları həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Yardımlı rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də Yardımlı şəhərində dövlət sərhədini qanunsuz olaraq keçmiş Türkiyə vətəndaşı Yaman Gokan, Əfqanıstan vətəndaşları Məhəmməd Sərvəri, Zəhra Bəyat və Əli Rza saxlanılıblar.
Hacı Zeynalov