19 Noyabr 2014 13:28
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Namiq Həsənov tutulub. Ondan 3 ədəd 100 dollarlıq saxta əskinas götürülüb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin əskinasları Girdəni kənd sakini Arzuman Mirzəyevdən alması müəyyən edilib. Arzuman Mirzəyev tutulub, evinə baxış zamanı 572 qram marixuana və 28 qram çətənə toxumu aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər