19 Noyabr 2014 14:34
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində gözəllik salonunda oğurluq edən tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Gəncə şəhərində şəhər sakini Rüfanə Əsgərovaya məxsus gözəllik salonundan qapını sındırmaq yolu ilə geyim əşyaları oğurlanıb.

Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Şəki rayon sakini Araz Nəzirov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün şəhər ərazisində Samux rayon sakini Azər Əhmədova məxsus “Faberlic” kosmetik şirkətin ofisindən 31 manat, ətriyyat və bijuteriya, Azər Nağıyevə məxsus mağazadan qızıl üzük və bijuteriya oğurlaması, habelə Rövşən Əliyevin mağazasından oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər