Adanada 4 uşaq anası, 30 yaşlı Esma Akgöz iki övladını yanaraq ölməkdən xilas edib.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, hadisə dünən Mithatpaşa məhəlləsində baş verib.
Esma Akgöz evində başlayan güclü yanğın səbəbindən 3 yaşlı oğlu Anıl və 6 aylıq qızı Eleni alovların arasından çıxarıb və 2-ci mərtəbədən qonşularının açdığı xalçanın üzərinə ataraq qurtarıb.
Teleqraf.com hadisənin görüntülərini təqdim edir.
Nihad