Xızı rayonunda 1961-ci il təvəllüdlü Elcan orta məktəbin 5-ci sinif şagirdi, 2010-cu il təvəllüdlü Elnarəyə qarşı əxlaqsız hərəkətlər edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Elcan 2021-ci ilin aprel-iyul aylarında cinsi ehtirasını təmin etmək niyyəti ilə Xızı rayonu, Yeni Yaşma kəndində tam orta məktəbin təsərrüfat otağında həmin məktəbin 5 "a" sinifinin şagirdi Elnarəyə qarşı əxlaqsız hərəkətlər törədib.
Elcan 2021-ci ilin aprel-iyul aylarında Yeni Yaşma kəndində olarkən axşam saat 19 radələrində Elnarənin məktəbin yaxınlığında velosiped sürdüyünü görüb. O, Elnarəni səsləyərək yanına çağırıb.
Elcan rəsm çəkmək üçün ona ağ vərəq verəcəyini deyib, məktəbin ikinci mərtəbəsində yerləşən 7 "b" sinifinə aparıb. Orada Elnarənin dodağından öpüb, əynindəki koftanı çıxararaq sinəsi yalayıb. Sonra Elnarənin əxlaqsız hərəkətlərə məcbur edib.
İstintaq orqanı tərəfindən Elcanın barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.
“Düşmənçilik və ədavətimiz olmayıb”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elcan özünü Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirli bilib. O qeyd edib ki, həbs olunana kimi ailə üzvləri ilə Yeni Yaşma kəndində yaşayıb, 2003-cü ildən Sumqayıt YGEŞ Yaşma yarımstansiyasında növbətçi elektrik montyoru vəzifəsində işləyib:
“Arvadım Yetər 2007-ci ildən Yeni Yaşma kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyib. Son 1 ildə arvadım ürək əməliyyatı keçirdiyindən boş vaxtım olduqda həmin məktəbə gedərək arvadıma təsərrüfat işlərini görməkdə köməklik etmişən. Elnarənin atası Telmanı 1992-ci ildən tanıyıram. O, qış aylarında Yeni Yaşma kənd tam orta məktəbində ocaqçı vəzifəsində çalışıb.
Telman və ailə üzvləri ilə münasibətlərimiz yaxşı olub. Heç bir düşmənçilik və ədavətimiz olmayıb. Telman bir neçə dəfə yaşadığım evdə usta işləri görüb, birlikdə dəfələrlə yemək yemişik”.
“Pul vermişəm”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin mayında Yeni Yaşma kənd tam orta məktəbində olarkən Telmanın qızı Elnarənin əlində rəsm çəkilmiş kağız görüb:
“Ondan nə şəkli çəkdiyini soruşdum. Oğlan şəkli çəkdiyini bildirdi. Zarafatla “şəkil lap babana oxşayır” dedim, baba kimi yanağından öpdüm. Bundan sonra da Elnarəni tez-tez məktəbdə görmüşəm. Onunla baba kimi zarafat etmişəm və ona xərcləməsi üçün pul vermişəm”.
Elcan qeyd edib ki, 2021-ci ildə təxminən iyun ayının sonlarında məktəbdə olarkən Elnarənin rəsm dərsinə gəldiyini görüb: “Rəsm çəkmək üçün vərəq verməkdən ötrü onu təsərrüfat otağına çağırdım. Elnarə otağa gəldikdən sonra onun əyində olan koftasını qaldırdım, bir dəfə ya sağ, ya da sol sinəsindən öpdüm. Həmin vaxt Elnarə mənə müqavimət göstərmədi. Lakin utanaraq köynəyini aşağı salmaq istədi.
Qəflətən özümə gəldim, əməlimdən peşman oldum. Elnarədən üzr istəyərək məni bağışlamasını bildirdim. Bundan başqa Elnarə ilə aramızda hər hansı münasibətimiz olmayıb”.
Elcan deyib ki, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirib, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd edib. O, şəhid ailəsi və yaşlı olmasının, eləcə də bronxial astma xəstəliyindən əziyyət çəkməsinin nəzərə alınmasını xahiş edib.
“Gülə-gülə bu sözləri söylədi”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elnarənin sözlərinə görə, Yeni Yaşma kəndində yaşayır, 5-ci sinifdə oxuyur: “Elcanı, onun arvadı Səliməni və nəvələrini əvvəlcədən tanımışam. Evlərimizin arasında təxminən 100-150 metr məsafə var. Elcanın arvadı Səlimə oxuduğum məktəbdə təsərrüfat müdiri vəzifəsində işləyir. Elcan məktəbə gəlib, qırılmış qapı və pəncərələri təmir edir”.
Zərərçəkmiş şəxs bildirib ki, təxminən 2021-ci ilin əvvəllərindən etibarən Elcan bir neçə dəfə ona xərcləməsi üçün pul və rəsm dərsində istifadə etməsinə görə A4 formatlı vərəq verib: “2021-ci il aprelin sonlarında təhsil aldığım məktəbdə rəsm kursundan çıxdıqda Elcanı gördüm. Məndən nə şəkli çəkdiyimi soruşdu.
Mən də oğlan şəkli çəkdiyimi bildirdim. Elcan çəkdiyim şəkilə baxaraq, gülə-gülə “baban Vəlinin şəklini çəkərdin də” söylədi, yanağımdan öpərək xərcləməyim üçün 1 manat verdi”.
“Sən atanın canı gəl”
Elnarə deyib ki, 2021-ci ilin iyununda məktəbdə tənəffüs vaxtı mağazadan suxari alaraq geri qayıdarkən həyətdə Elcan onu görüb: “Suxarını yemək üçün məni otağına dəvət etdi. Dərsimin başlayacağını deyib, sinif otağına yollandım. Uşaqlarla birgə əyləşdim, suxari yeyərkən Mehralı müəllim sinfə girdi. Elcanın məni çağırdığını və təsərrüfat otağında gözlədiyini bildirdi. Həmin vaxt dərs boş olduğundan təsərrüfat otağına getdim.
Elcan məndən nə üçün yeməyimi onun olduğu otaqda yemədiyimi soruşdu. Mən isə yeməyimi sinif otağında yemək istədiyimi bildirdim.
Bundan sonra Elcan xərcləməyim üçün 1 manat verdi və dedi ki, gəl sinəndən öpüm. Mən etiraz etdim. Bu zaman Elcan “sən atanın canı, gəl” – dedi, əynimdə olan köynəyimi qaldırdı. Ondan “nə edirsən” deyə soruşdum. Hər iki döşümdən öpdü, köynəyimi aşağı saldım.
Bu zaman Elcan çiyinlərimdən tutaraq dodağımdan öpdü. Sonra otaqdan çıxdım, sinif otağına getdim”.
“Sulu boya və qutuda ətir verdi”
Zərərçəkmiş şəxsin ifadəsinə görə, təxminən 4-5 gün sonra təhsil aldığı məktəbdə rəsm kursuna gedib: “Məktəbə daxil olarkən Elcan dəhlizdə məni gördü. Əlimdən tutaraq məni otağına tərəf apardı. Dedi ki, gəl sənə bir şey verəcəm. Biz otağa daxil olduq.
Otaqda Elcan mənə rəsm dərsində istifadə etməyim üçün sulu boya və qutuda ətir verdi, qapını içəridən kilidlədi. Sonra şalvarımı çıxarmaq istədi. Ondan məni buraxmasını istədim. Lakin sözlərimə məhəl qoymadı. Şalvarımı və alt paltarımı aşağı çəkdi, mənə qarşı seksual hərəkətlər etdi. Alt paltarımı və şalvarımı yuxarı çəkdim, çantamı götürdüm və Elcan qapını açdıqdan sonra otaqdan çıxdım”.
“Gəlin sizə top verim”
Elnarənin ifadəsinə görə, iyun ayının axırlarında bibisi qızı Xumar onlara qonaq gəlib və birlikdə Yeni Yaşma kənd tam orta məktəbinin həyətinə oynamağa gediblər:
“Bu zaman Elcan bizi gördü. Bildirdi ki, gəlin sizə top verim. Bibim qızı Xumar da mənimlə getmək istədi. Elcan Xumara dedi ki, sən uşaqların yanında dur, mən Elnarəyə topu verəcəm, gətirəcək.
Elcanla idman zalına getdik. Elcan mənim qısaqol köynəyimin altından geyindiyim topiki göstərdi, “bunun adı nədir?” soruşdu. Mən isə bilmədiyimi dedim. Həmin vaxt Elcan dodağımdan öpdü. Mən topu Elcandan aldım, məktəbin həyətinə düşdükdən sonra bütün baş verənlər barədə bibim qızına danışdım”.
“Bibim Bakıya gedəndən sonra...”
Elnarənin sözlərinə görə, 2021-ci ilin iyulun əvvəllərində Yeni Yaşma kəndində yaşadığı evin qarşısında yerləşən küçədə velosiped sürərkən Elcan onu görüb: “Dedi ki, gəl sənə A4 formatlı vərəq verim. Birlikdə məktəbə getdik. Elcan məktəbin birinci mərtəbəsində yerləşən bufetin yanında olan otaqdan mənə A4 formatlı vərəq verdi.
Bundan sonra Elcan əlimdən tutdu, ikinci mərtəbəyə apardı. Birlikdə sinifn otağına girdik. Otaqda Elcan şalvarımı və alt paltarımı aşağı çəkdi, mənə qarşı seksual hərəkətlər etdi. Sonra birlikdə aşağı düşdük. Məktəb binasının çıxış qapısına tərəf gedərkən əlləri ilə üz nahiyəmdən tutdu, dodağımdan öpdü. Mənə dedi ki, soruşan olsa, deyərsən ki, Validə müəlliməyə kömək edirdim.
Yaşadığım evə getdim. Bibim qızı Xumar Bakı şəhərinə getdikdən sonra ona danışdığım hadisəni öz anası Məleykəyə danışıb. Məleykə də bu barədə anama məlumat verib.
Bundan sonra anam məndən nə baş verdiyini soruşdu. Mən də anama bütün olanları danışdım. Əvvəlcə qorxduğum və utandığım üçün bu barədə ailə üzvlərimə məlumat verməmişəm”.
Bu cinayət işinə Xızı rayon Məhkəməsində baxılıb.
Elcan 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.