14 Mart 2022 17:26
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə sağlamlıq imkanları məhdud olan 17 yaşlı yeniyetməyə təcavüz etməkdə təqsirləndirilən 62 yaşlı Rəşid Gözəlov məhkəmə qarşısına çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qərarı ilə R.Gözəlov barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən həftə sosial şəbəkələrdə Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan və yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu R.Gözəlov tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı məlumat yayılmışdı.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb.

Daha sonra R.Gözəlov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər