Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi törədən tutulub.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 21-də qanlı cinayət hadisəsi törədən Oktay Nəcəfov saxlanılıb.
Oktay Nəcəfov bu ilin noyabrın 21-də Bakı şəhər sakini Svetlana Nəcəfovanı bıçaqlayaraq hadisə yerindən qaçıb. Svetlana Nəcəfova bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov