25 Noyabr 2014 17:00
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Vüsal İbişovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin aprelin 7-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisində Ağdaş rayon sakini Vüsal İbişov xuliqanlıq zəminində Göyçay rayon sakini Nurlan Məmmədova bıçaqlayıb.

Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüsal İbişov tutulub.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Vüsal İbişov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər