Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nərgiz Ağaməmmədovanın cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də Nərimanov rayonu ərazisində Esmira Əliyevanın çantasından 500 manat və 3 ədəd bankomat kartı oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Nərgiz Ağaməmmədova tutulub.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nərgiz Ağaməmmədova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov