Türkiyənin Qocaəli bölgəsinin Körfəz rayonunda yerləşən Anadolu liseyində dəhşətli anlar yaşanıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bir qrup gənc səhər saatlarında maşınla məktəb qarşısına gələrək, şagirdləri təhqir edib və oradan uzaqlaşıb. Saat 14:30-da İstiqlal Marşınınoxunmasından sonra yenidən məktəb önünə gələn naməlum şəxslər 11-ci şagirdinin başında viski şüşəsi sındırıb və ayağından bıçaqlayıb. Bir müddət sonra yenidən hadisə yerinə qayıdan gənclər digər bir 11-ci sinif şagirdini təhdid edib.
Məktəb rəhbərliyi tərəfindən çağırılan polis təcavüzkarların tutulması üçün araşdırmalara başlayıb.
Samir