30 Noyabr 2014 15:31
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ferqyuson şəhərində 18 yaşlı silahsız qaradərili Maykl Braunu güllələyən Darren Uilson adlı polis əməkdaşı hüquq-mühafizə orqanlarından istefa verib.

Teleqraf.com-un “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb. Xatırladaq ki, qeyd olunan insident etirazlara və kütləvi iğtişaşlara səbəb olub.

Qeyd edək ki, noyabrın 24-də Ferqyuson şəhər məhkəməsi Darren Uilsona bəraət qərarı verib. Məhkəmənin qərarı şəhərdə kütləvi iğtişaşlara səbəb olub.


Müəllif:

Oxşar xəbərlər