Yevlaxda polis əməkdaşının uşağı döyməsi faktı ilə bağlı araşdırma başlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti bildirib.
Qeyd edilib ki, Yevlax şəhəri S.Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma başlanılıb.