8 Dekabr 2014 15:05
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində yeniyetmə oğlana qarşı seksual xarakterli hərəkətlərdə təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramil Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu ilin avqust ayında Sabunçu rayonunda baş verib. Rayonda ayaqqabı köçkündə təmirçi olan Ramil Rüstəmovun yanına müştəri kimi gələn 15 yaşlı Samirin (ad şərti verilib) zorlamağa cəhd edib. Hadisədən həmən sonra oğlan bu barədə evdəki valideynlərinə deyib. Samirin valideynləri hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinə şikayət ediblər. Ramil Rüstəmov polis əməkdaşları tərəfindən həbs edilib.

Ramil Rüstəmov Cinayət Məcəlləsənin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham edilib.


Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ramil Rüstəmov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər