10 Dekabr 2014 13:41
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində quldurluq cinayəti baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə dekabrın 9-da qeydə alınıb.

Məlumata görə, şəhər sakini Qulamhüseyn Emanxa məxsus ərzaq mağazasına gəlmiş naməlum şəxs orada satıcı işləyən İbrahim Babayevi bıçaqla hədələyib. Həmin şəxs mağazadan 60 manat və danışıq kartları götürərək hadisə yerini tərk edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Vladimir Zubkov tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər