Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Gəncə şəhər sakini, 29 yaşlı Anar İsmayılov naməlum şəraitdə bıçaqlanıb. O, ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
29 yaşlı oğlanı kimin tərəfindən bıçaqlayan şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb. Cinayəti törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov