Bakının Nəsimi rayonunda avtomobildən oğurluq edən şəxs məsuliyyətə cəlb edilib.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, 21-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ruslan Məmmədov saxlanılıb. O, bu ilin fevralın 16-da Kamran Ələkbərova məxsus avtomobildən qızıl əşyalar və sənəd oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov