Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və israf etməkdə təqsirli bilinən Sadiq Rüstəmov və İsa Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində lombardda mənimsə faktı üzə çıxıb. Sevinc Bayramova Nərimanov rayon Polis İdarəsinə şikayət edərək məlumat verib ki, sahibi olduğu lombardın avtomobilindən 26 min AZN pul və külli miqdarda qızıl-zinət əşyaları yoxa çıxıb.
Məlum olub ki, hadisəni elə həmin lombardın sürücüsü Sadiq Rüstəmov qabaqcadan əlbir olduğu İsa Hümbətovla həmin pulları mənimsəmələri üzə çıxıb. Hər iki təqsirləndirilən şəxs həbs edilib. Sadiq Rüstəmov lombardda sürücü işləyib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 22-nə təyin edilib.
Hacı Zeynalov