Gəncədə iki avtomobil toqquşub, bir nəfər ağır yaralanıb.
Teleqraf.com-un Kəpəz TV-yə istinadan verdiyi məlumata görə, bu gün axşam saat 19:00 radələrində Gəncə şəhəri İsmət Qayıbov küçəsində yol qəza hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində Gəncə sakini 27 yaşlı Samir Cəfərov ağır dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır. Hadisənin təfərrüatları Gəncə polisi tərəfindən araşdırılır.
"Xəstə Cəfərov Samir Aydın oğlu təcili yardım maşını ilə xəstəxanaya gətirilib. İlkin müayinə zamanı xəstənin sol gicdah nahiyyəsində və sağ əlində əzilən deşilən yaralar aşkarlanıb. Xəxtənin yaraları tikilib. Sonrakı müalicə üçün palataya yerləşdirilib", - həkim Şahin Quliyev bildirib.